İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1427
07.01.2020, 15:59
Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı çoxsaylı versiyalar irəli sürülür. Sosial şəbəkə istifadəçilərinin bəziləri hadisənin ana və uşağın əmisi, digərləri əmisi oğlu tərəfindən törədildiyini iddia edir. Hətta bəziləri daha da irəli gedərək ananın öz qayını ilə münasibətlərinin olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı Modern.az-a daha bir açıqlama verən Nərminin atası Şərif Quliyev çox əsəbi şəkildə iddiaları yalanlayıb:
“Bunu kim deyir?! Kim yayır bu məlumatları?! Gəlsinlər dediklərini sübut etsinlər. Bunu yayanlar elə qətli törədənlərdir ki, fikri yayındırırlar. Kim belə alçaq fikirləri irəli sürür, iddia edirsə, qabağa çıxsın”.
Həmçinin oxuyun
Ş.Quliyev qeyd edib ki, qızı Nərmin 3-4 gün əvvələ qədər yaşayırmış:
“Ekspertlər ilkin rəy verdilər ki, qətl yeni törədilib. Uşaq 46 gündür itkin düşsə də, yaşayırmış. Kimsə 3-4 gün əvvəl öldürüb, yandırıb həmin əraziyə atıb. Bunu edən də bizim aramızdadır. Hansı şəfərsiz, hansı vicdansız edibsə, mütləq ortaya çıxacaq”.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
18:29 / 13 Aprel 2026
1
18:18 / 13 Aprel 2026
119
18:09 / 13 Aprel 2026
65
17:39 / 13 Aprel 2026
47
17:32 / 13 Aprel 2026
1046
17:29 / 13 Aprel 2026
57
17:15 / 13 Aprel 2026
46
17:12 / 13 Aprel 2026
559
16:57 / 13 Aprel 2026
53
16:55 / 13 Aprel 2026
62
16:23 / 13 Aprel 2026
732
16:17 / 13 Aprel 2026
64
15:59 / 13 Aprel 2026
75
15:48 / 13 Aprel 2026
91
15:45 / 13 Aprel 2026
66
15:42 / 13 Aprel 2026
471
15:34 / 13 Aprel 2026
77
15:27 / 13 Aprel 2026
400
15:24 / 13 Aprel 2026
87
15:14 / 13 Aprel 2026
70
14:55 / 13 Aprel 2026
714
14:48 / 13 Aprel 2026
1123
14:14 / 13 Aprel 2026
2158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.