Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək vəzifəli azərbaycanlı ər-arvad öldü - 4 nəfər...

2020/01/07/1578341282_1578332987_555_71578331720.jpg

KRİMİNAL

929

07.01.2020, 00:06

Ötən gün İranın Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.
Bunlar Neftçala şəhər sakinləri-1955-ci il təvəllüdlü Bəybala Soltan oğlu Qasımov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızıdır. Məlumata görə, Bəybala Qasımov hadisəyə qədər Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edib, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq bağçasının direktoru olub.
Qasımovun və həyat yoldaşının nəşinin sabah İran İslam Respublikasından gətirələrək yaşadıqları Neftçala şəhərində torpağa tapşırılacağı gözlənilir. / Virtualaz.org