Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2086
az

DTX təhlükəli hakeri həbs etdi - SON DƏQİQƏ

11:4723 May, 2018
1288
KRİMİNAL
  • A
2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Oxu24.com
  xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi