Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2072
az

Əfv daha çox kimlərə şamil olunacaq?

23:4322 May, 2018
1177
KRİMİNAL
  • A
 Yaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib.

Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?

Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı AzVision.az-a açıqlamasında deyib ki, növbəti əfv sərəncamının daha çox insana şamil olunacağı gözlənilir:

“Sərəncam yetkinlik və yetkinlik yaşına çatmayanlar, qadınlar, əcnəbilər daxil olmaqla bütün təbəqələrdən olan insanları əhatə edəcək. Əfv Komissiyası məhkumların ərizələrinə onların yaşına, cinsinə, əcnəbi olmasına fərq qoymadan baxır. Prezidentimiz öz səlahiyyətlərindən istifadə edərək, yaxın günlərdə əfv sərəncamı imzalayacaq”.

M.İbrahimqızı vurğulayıb ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək: “Komissiya hər dəfə çalışır ki, möhtərəm prezidentimizin humanist siyasətindən daha çox məhkum yararlansın. Dünyada insan üçün ən dəyərli nemət can sağlığı və azadlıqdır. Bir məhkum azad olunursa, bu, təkcə onun sevinci deyil. Onun ailəsi, qohumları, dostları, tanışları buna görə sevinir. Ona görə Əfv Komissiyasında çalışılır ki, sərəncam daha çox məhkuma şamil olunsun. İnanırıq ki, növbəti əfv sərəncamında ölkə başçısı daha çox ailəni sevindirəcək”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı