Azərbaycanda 6 yaşlı qızına qarşı seksual hərəkətlərdə ittiham olunan ataya 12 il həbs cəzası verildi.
Bu barədə açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə övladına qarşı seksual hərəkətlərdə ittiham olunan atanın barəsində 12 il həbs qərarı verilib:
“Qərarın çıxdığı gün məhkəməyə getmədim. Çünki çox ağır prossesdir. Nəticənin belə olacağını bilirdik. Çünki bu hüquq mühafizə orqanları üçün çox ciddi məsələdir.Bir çoxları bildirir ki, bu cür cinayət törədənə qarşı ölüm cəzası və ya ömürlük həbs olmalıdır. Məncə də qanunda ömürlük həbs məsələsinə yenidən baxılmalıdır. Bununla bağlı maddələr qoyulmalıdır. Belə hadisələr üçün “İsrail modeli” daha keyfiyyətli olar”
Qeyd edək ki, bir müddət öncə Binəqədi rayonunda ata 6 yaşlı qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub. 6 yaşlı qız Azərbaycan Uşaqlar Birliyinə Binəqədi Rayon Polis Şöbəsi tərəfindən yerləşdirilib. Oxu24.com
ŞƏRHLƏR