Qaynar xətt:

(+99450) 247 90 86

Təranə Qumral məhkəmə qarşısında - 3 ilə qədər həbs...

Təranə Qumral məhkəmə qarşısında - 3 ilə qədər həbs...

KRİMİNAL

1612

22.05.2018, 11:58

\"\" Tanınmış müğənni Təranə Qumral məhkəmə qarşısına çıxarılır.
Oxu24.com  xəbər verir ki, T.Qumral (Təranə İbrahimova) qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli şəkildə icra etməməkdə təqsirlədirilir. İşin baxılması Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilib. İş üzrə zərərçəkənlər müğənni Nazənin Salayeva, Məhəbbət Həsənov və Pərviz Abbasovdur. Məhkəmənin hazırlıq iclası mayın 29-a təyin olunub.
T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə görə T.Qumral 3 ilədək azadlıqdan məhrum edilə bilər.