İtalyan pornoaktrisası Moana Pozzinin ölümündən uzun illər ötsə də müəmmalı suallar hələ cavabını tapmayıb: "Doğrudanmı, o, KQB tərəfindən öldürülüb", "Dəfn olunduğu yer haradır", "Bəlkə başqa adla aramızda yaşayır" və s.
"Ən dərin dəniz olan yerdə" - Moananın adı havaycadan bu mənanı verir. 1961-ci ildə Genuyada doğulan qızcığaza bu adı atası vermişdi. Atası mühəndis idi, müxtəlif ölkələrdə atom stansiyasının tikintisində köməklik edirdi və ailəsi ilə ölkədən-ölkəyə gəzirdi. 19 yaşı olanda Moana ailəsi ilə Liona getmək istəmir, Romada qalaraq aktrisa peşəsinə yiyələnməyi qərara alır.
Oxu24.com -un lent.az-a istinadən xəbər verir ki, o, model işləyir, aktyor ustalığını öyrənməyə başlayır. Bəzən reklam çarxlarında çəkilən Moana sevgilisi, 1983-cü ildən 1987-ci ilədək İtaliyanın baş naziri olmuş Bettino Kraksinin hesabına televiziyada işə düzəlir, əyləncəli uşaq verilişi aparır. Eyni zamanda Linda təxəllüsü ilə pornoqrafik filmlərə çəkilir. Onun porno filmlərində çəkildyini bilən tamaşaçılar kanal qarşısında piket keçirərək, uşaq verilişindən uzaqlaşdırmağı tələb edirlər. Valideynləri isə bunu biləndə ona maliyyə dəstəyini dayandırır və münasibətləri kəsirlər.
Televiziyadan qovulan aktrisa məşhurlaşır. Hətta Federiko Fellini onu "Cincer və Fred" filminə dəvət edir. Sonralar Moana deyirdi ki, onun üçün porno filmlərə çəkilmək Fellininin filmlərinə çəkilməkdən maraqlıdır.
Moananın ilk baş rolu "Fantastik Moana" adlı pornofilmdə olur. Bir teleşouda o, canlı efirdə digər çılpaq modellərlə masturbasiya edir.
Ölkədə qalmaqala səbəb olan şoudan sonra onun şöhrəti digər pornoulduz Çiççolinanı da ötür. Onda Çiççolina artıq aktyorluq karyerasını bitirmişdi və deputat idi.
Moananın televiziyada hər çıxışı qalmaqal doğururdu. O, tez-tez gündəmə gəlir, jurnalların üz qabığında çəkilmək üçün dəvət alırdı.
Moana həm də iti ağlı ilə də diqqəti çəkir, intellektual dairələdə sıx-sıx görünrüdü. Müsahibələrində seksuallığının, mürəkkəbliyinin, ağlının, sülhsevərliyinin ön planda olmasını arzuladığını deyirdi.
Adamlar getdikcə Moananı sevməyə başlayır, onun porno filmlərdə heç də vulqar olmadığı qənaətinə gəlirdilər. "Merilin Monro xarizmalı" aktrisa adlanan Moana siyasətdən, İtaliyada yaşamağın asan olmayan şərtlərindən danışırdı. O, eyni zamanda uzun müzakirələrdən, təzyiqlərdən sonra abortlara izn verən hökuməti tənqid edir, qadın seksuallığı haqda mühakimə yürüdür, mafiyanın ünvanına açıq tənqidlər söyləyir, axşamlar kabaredə rəqs edirdi.
Moana bioqrafiaysında yazırdı ki, pornofilmlər ona daha çox məşhurluq gətirir, nəinki üçüncü dərəcəli komediyalar. 1980-ci illərdə, Amerika kinematoqrafçılarından gələn təklifləri də qəbul edirdi. O dövrdə Amerikada pornoindustriya zirvədə idi və aktyorlar üçün ən dəbli iş yeri sayılırdı.
Moana tezliklə öz şəxsi biznesini yaradır: pornofimlər yayımlayan şirkət, telefonla seks xidməti qurur, filmlərə prodüserlik edir və gənc istedadlar axtarırdı.
1991-ci ildə "Moananın fəlsəfəsi" adlı bestsellerə çevrilən avtobioqrafik kitabı çap olunur. Kitabda məşhur mafiozlar, zabitlər, yepiskoplar, aktyorlar, siyasətçilərlə sevgi macəralarının təfərrüatlarını qələmə alır. Onların arasında siyasi aktivist Beppe Grillo, yepiskop Emanuel Milinqo, aktyorlar Robert de Niro, Harvi Keytel, Roberto Benini, futbolçular Marko Tardelli, Paulo Roberto Falkao, yazıçı Luçano de Kreşnço vardı.
Kitabın bir bölümü İtaliya Sosialist partiyasının rəhbərlərindən biri, o vaxt korrupsiya qalmaqalına görə istintaq altında olan Bettino Krkasi ilə sevgi münasibətləri haqqındaydı. Kitaba və ölkədə o zaman siyasi elitanın mafioz qruplarla əlaqəsini araşdıran "Təmiz əllər" əməliyyatı keçirildiyindən senzura Moananın kitabını geniş satışa çıxarmağa qoymadı.
Buna baxmayaraq, kitab onsuz da yayılır, bestseller olur.
1992-ci idlə o, Çiççolina ilə birlikdə "Sevgi partiyası"nı qurur, parlament seçkilərinə qatılır. O, seçilməsə də daha da məşhurlaşır.
Qəzetlər onun haqqında yazırdılar ki, Moana itlayan dilini ideal bilir və heç vaxt banal danışmır.
O, Çiççolina ilə birlikdə bordellərin leqallaşdırılmasını, edam cəzasının qadağan edilməsini, tam seksual azadlıq və həbsxanalarda uzunmüddətli görüşlərin genişləndirilməsini tələb edirdi.
1994-cü ilin yayında o, sürətlə çəkisini itirir, ürəkbulanmalar keçirir və məzuniyyət götürərək gizli nikahda olduğu əri Antonio Di Çiesko ilə Hindistana gedir. Qayıdanda Liondakı klinikalardan birində yatır. Və həmin il 33 yaşında ölür. Onun ölüm xəbəri italyan və dünya qəzetlərinin ilk səhifələrinə çıxır.
Məlumatlara görə, o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun var-dövləti xərçəngi araşdıran tibb mərkəzlərinə verildi.
Amma məsələ ondadır ki, qohumları, jurnalistlər onun nə ölüm haqda şəhadətnaməsini, nə cəsədini gördülər, nə də dəfn olunduğu yer bilindi. Onun qohumları və həmkarları müxtəlif, ziddiyyətli ifadələr verirdilər. İtalyan prokurorluğu cəsədin itməsi və ölüm səbəbini müəyyənləşdirməsi ilə bağlı təhqiqata başlasa da, 1996-cı ildə cinayət işi bağlandı.
Onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülürdü. Bir qisminə görə aktrisa sifarişlə qətlə yetirilib. Şayiələr gəzirdi ki, KQB aktrisa Kraksi ilə münasibətlərindən yararlanaraq ölkədə qeyri-stabilliyiə nail olmaq istəyirmiş. Amma onun siyasi qeyri- fəallığı KQB-ni qane etmədiyindən qəzəbinə tuş gəlib. Bəzi versiyalara görə, o, təhlükəsizliyinin qayğısına qalmaq üçün başqa ölkədə başqa adla yaşayır.
2006-cı ildə onun qardaşı Simon çap olunan kitabında əslində Moananın oğlu olduğunu yazır və nənəsi də bu informasiyanı təsdiqləyir. Moananın rəfiqəsi, jurnaist Noa Bonetti isə onun uşaq doğmaq qabiliyyətini təkzib edib. Noanın sözlərinə görə Moana Genuyada dəfn olunub. Amma onun qəbri ilə nəsə baş verməməsi üçün gizlədilir.
2007-ci ildə əri müsahibəsində etiraf edib ki, Moanaya ölməyə kömək edib. Aktrisanın arzusuyla onun meyitini yandırıb. Aktrisayla yaxın olan jurnalist Brunetto Fantotsi deyib ki, aktrisanın meyiti yandırıldıqdan sonra ölümü barədə 48 saat sonra məlumat verilməsi qəribədir.
2013-ci ildə Hollivudda Moana haqda "Sirr" adlı sənədli film çəkilir. Müəlliflər iddia edir ki, Moana KQB tərəfindən radiasiyadan zəhərlənərək öldürülüb.
2005-ci ildə İtaliya telekanallarından birində onun ölüm şəhadətnaməsi göstərilib və ailəsi onun öldüyünü təsdiqləyib.
Moana 100-dək porno filmdə çəkilmiş, 50-dən çox aparıcı jurnalda üz qabığına çəkilmiş, 40 milyon avrodan çox gəlir əldə etmişdi.
Onun həyatı haqda İtaliyada 2009-cu ildə "Moana" adlı mini-serial çəkilib. Oxu24.com
ŞƏRHLƏR