Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1964
az

Baba boşanan nəvəsinə görə özünü asdı - GÖYGÖLDƏ ŞOK OLAY

20:2819 May, 2018
3440
KRİMİNAL
  • A
 Dünən axşam saatlarında Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.

Oxu24.com  xəbər verir ki, kənd sakinlərinin Virtualaz.org-a verdiyi məlumata görə, İ.Binnətov intihar etməzdən bir müddət əvvəl canına qıyacağını deyibmiş.

“Çox sakit kişi idi. Həyat yoldaşı rəhmətə gedib. Oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verəndə gəlini də evdə olmayıb. Gəlin evdə olsaydı, bəlkə bu hadisə baş verməzdi. Bir dəfə özünü asmaq istəyib, qonşular duyuq düşüblər, qoymayıblar. Amma elə hey deyirdi ki, özünü öldürəcək”.

Kənd sakinlərinin sözlərinə görə, İsmayıl kişinin ahıl yaşda canına qəsd etməsinə hərbidə qulluq edən nəvəsinin ailəsində yaranan problemlər səbəb olub. Belə ki, İsmayıl kişi həyat yoldaşından ayrılan nəvəsini barışdırmağa cəhd göstərsə də, buna nail ola bilməyib: “Bakıya nəvəsigili barışdırmağa gedib, barışdıra bilməyib. Nəvəsinin arvadı uşaqlarını da götürüb evdən gedib. Bir yandan da nəticələrini görə bilməməsi ona pis təsir etmişdi. Dünən axşam saat 5-də evin həyətində özünü asıb”.

Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi