Bakıda tələbə bıçaqlanıb
04 Noyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
276
15.10.2026, 16:16
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb.
Oxu24.com-un məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın və bu məbləğin 50 faizi miqdarında dövlət rüsumunun tam ödənildiyini deyib. Bunu təsdiq edən sənədi məhkəməyə təqdim edib. Müdafiəçi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməməsini və ona 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını tələb edib.
Prokuror fikrini belə əsaslandırıb ki, ziyanın ödənilməsindən sonra cinayət məsuliyyətindən azadetmə hər işə şamil edilə bilməz. Bu norma imperativ deyil, dispozitiv xarakter daşıyır və son qərarın verilməsi hakimin səlahiyyətindədir. İttiham tərəfi əlavə edib ki, cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla müttəhimə cəza təyin etməlidir.
Səmədov da vəkilinin çıxışı ilə razılaşıb, son sözündə işə xitam verilməsini xahiş edib.
Leyla Əsgərova Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, dəymiş ziyan tam ödənilsə belə, cinayətin ağırlığı və ictimai təhlükəliliyi işə xitam verilməsinə imkan vermir.
Hökmə əsasən, Saleh Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.
Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.
Qeyd edək ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra ictimai qınaq hədəfinə çevrilən rayon ağsaqqalı bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Korrupsiyada ittiham olunan Səmədov 17 aydır həbsdə idi.Qafqazinfo
21:13 / 04 Noyabr 2026
1
21:04 / 04 Noyabr 2026
30
21:03 / 04 Noyabr 2026
36
21:00 / 04 Noyabr 2026
46
20:58 / 04 Noyabr 2026
39
20:51 / 04 Noyabr 2026
44
20:47 / 04 Noyabr 2026
56
20:44 / 04 Noyabr 2026
94
20:41 / 04 Noyabr 2026
64
20:33 / 04 Noyabr 2026
191
20:28 / 04 Noyabr 2026
113
20:26 / 04 Noyabr 2026
103
20:21 / 04 Noyabr 2026
70
20:13 / 04 Noyabr 2026
81
20:08 / 04 Noyabr 2026
167
19:57 / 04 Noyabr 2026
114
19:55 / 04 Noyabr 2026
104
19:55 / 04 Noyabr 2026
168
19:25 / 04 Noyabr 2026
98
19:18 / 04 Noyabr 2026
5049
19:17 / 04 Noyabr 2026
78
19:00 / 04 Noyabr 2026
93
18:41 / 04 Noyabr 2026
1512
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.