Masallıda itkin düşən 15 yaşlı qız Bakıda tapıldı
04 Noyabr 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
410
03.09.2026, 19:34
Hindistanda kişi həyat yoldaşının köməyi ilə sevgilisini öldürüb, daha sonra cəsədi hissələrə ayıraraq çamadana yerləşdirib və ölkənin digər ucuna gedən qatara qoyub.
Oxu24.com xəbər verir ki, hadisənin üstü avqustun 5-də açılıb.
Həmin gün Çennaydan Dehliyə gedən “Tamil Nadu Express” qatarının sərnişinləri rəfdə olan qırmızı çamadandan gələn kəskin qoxudan şikayət ediblər. Aqra şəhərində polis çamadanı yoxlayarkən içərisində qadın meyitinin hissələrini aşkarlayıb.
Araşdırma nəticəsində ölən şəxsin Çennay yaxınlığında özəl şirkətdə çalışan 38 yaşlı Hayatun Nişa olduğu müəyyən edilib. Qadının hamilə olduğu da üzə çıxıb.
350 müşahidə kamerasının görüntüləri araşdırıldı
Polis istintaq zamanı dəmiryol stansiyalarındakı 350 müşahidə kamerasının görüntülərini yoxlayıb. Məlum olub ki, çamadanı Çennayda qatara 22 yaşlı Manik Uddin Laskar və onun 21 yaşlı həyat yoldaşı Bhaqabati Majhi yerləşdiriblər.
Cütlük avqustun 28-i və 29-da Manipur ştatında saxlanılıb. Polisə görə, onlar cinayəti etiraf ediblər.
Sevgilisi hamilə qaldıqdan sonra evlənməyi tələb edib.
İstintaq zamanı müəyyən edilib ki, Laskarın Nişa ilə münasibəti olub və həyat yoldaşı bundan xəbərdar olub. Bildirilir ki, Majhi ərinin sevgilisindən bunun müqabilində pul və zinət əşyaları da alıb.
Nişa Laskarla onun evində görüşüb, ev sahibinə isə qadının onun böyük bacısı olduğu deyilib.
Yay aylarında Nişa hamilə qaldıqdan sonra Laskardan onunla evlənməsini tələb edib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb.
İstintaq versiyasına görə, ər-arvad qadını öldürüb, cəsədini çamadana yerləşdirərək uzaq məsafəyə gedən qatara qoyublar və özləri Manipur ştatına qaçıblar.
Polis qadının bütün qalıqlarını hələ aşkarlamadığı üçün araşdırma davam edir. Şübhəliləri ağır cəza, o cümlədən ən yüksək cəza tədbiri gözləyə bilər./lent.az
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.