Ölkədən qaçan gömrük məmuru ilk məhkəmədən ev dustaqlığına buraxıldı
31 Oktyabr 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4501
31.08.2026, 21:02
Bir neçə ağır cinayətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittiham elan olunub.
Oxu24.com xəbər verir ki, Gününsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev bu dəfə rüşvət almaqda ittiham olunur.
Məlumata əsasən, keçmiş Prezident Administrasiyası rəhbərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bildirilir ki, yeni ittihamla bağlı istintaq sabiq PA rəhbərinin ifadəsini də alıb.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə daha əvvəl Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü maddəsi – dövlətə xəyanət və 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamlar üzrə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İlkin olaraq 4 ay müddətinə müəyyən edilən ev dustaqlığının müddəti sonradan məhkəmə qərarları ilə uzadılıb.
Sonuncu məlumata görə, 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadıb.
21:19 / 31 Oktyabr 2026
1
21:09 / 31 Oktyabr 2026
32
20:59 / 31 Oktyabr 2026
123
20:51 / 31 Oktyabr 2026
57
20:46 / 31 Oktyabr 2026
59
20:37 / 31 Oktyabr 2026
59
20:33 / 31 Oktyabr 2026
80
20:25 / 31 Oktyabr 2026
58
19:58 / 31 Oktyabr 2026
132
19:44 / 31 Oktyabr 2026
76
19:37 / 31 Oktyabr 2026
78
19:29 / 31 Oktyabr 2026
499
19:28 / 31 Oktyabr 2026
130
19:26 / 31 Oktyabr 2026
129
19:20 / 31 Oktyabr 2026
83
19:20 / 31 Oktyabr 2026
558
19:18 / 31 Oktyabr 2026
266
19:14 / 31 Oktyabr 2026
400
19:12 / 31 Oktyabr 2026
106
19:07 / 31 Oktyabr 2026
75
18:54 / 31 Oktyabr 2026
95
18:25 / 31 Oktyabr 2026
2459
17:00 / 31 Oktyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.