Nazir QƏRAR İMZALADI: Sürücülərə cərimələrlə bağlı XƏBƏR
22 Oktyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
22.10.2026, 22:36
İnsan vəfat etdikdən sonra onun bank hesabları, əmlakı və digər maddi mirası ilə yanaşı, sosial şəbəkə hesablarının taleyi də sual doğurur. Bəs mərhumun şəxsi yazışmaları, foto və videoları, elektron poçtu və digər rəqəmsal məlumatları kimə qalır? Sosial şəbəkələrin qaydaları ilə Azərbaycan qanunvericiliyi bu məsələdə hansı hüquq və məhdudiyyətləri müəyyən edir?
Oxu24.com Vəkil Sadiq Əfəndiyevlə müsahibəni təqdim edir:
- İnsan vəfat etdikdən sonra yaxınları onun sosial şəbəkə hesabına və yazışmalarına baxa bilərmi?
- Şəxsin vəfat etməsi nəticəsində yaxınlarının vərəsəlik hüququ əldə etməsi mərhumun bütün şəxsi yazışmalarına, elektron poçtuna və sosial şəbəkə hesablarına avtomatik giriş hüququ yaratmır. Çünki vərəsəlik hüququ ilə şəxsi məlumatlara və məxfi yazışmalara çıxış hüququ eyni hüquqi anlayışlar deyil. Azərbaycan Respublikasının qanunvericiliyində “şəxsin vəfatından sonra onun rəqəmsal hesablarının və məlumatlarının hüquqi taleyi” məsələsi ilə bağlı konkret hüquqi tənzimləmə yoxdur.
- Telefonun şifrəsini bilən ailə üzvləri mərhumun şəxsi məlumatlarını aça bilərlərmi?
- Telefonun şifrəsini bilmək öz-özlüyündə bütün məlumatlara çıxış hüququnun olması demək deyil. Bu məsələ konkret hüquqi tənzimləmə tələb edir. Təbii ki, mərhumun digər şəxslərlə apardığı məxfi yazışmaların yaxınları tərəfindən oxunması və xüsusilə üçüncü şəxslərə yayılması ən azından həmin yazışmaların digər iştirakçılarının hüquq və qanunla qorunan mənafeləri baxımından hüquqazidd hərəkət hesab edilə bilər.
Nəticə etibarilə, şifrənin məlum olması mərhumun bütün məlumatlarına daxil olmaq üçün ümumi icazə yaratmadığı kimi, şifrəni bilən şəxsin onun hər hansı faylına baxması da özlüyündə qanunsuz hesab edilə bilməz. Hər bir konkret halda, məsələnin faktiki halları, məlumatın xarakteri, ona baxılmasının məqsədi və həmin məlumatla tanış olan şəxsin sonrakı hərəkətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasına, “Fərdi məlumatlar haqqında” Qanuna və digər müvafiq qanunvericilik aktlarına uyğun hüquqi qiymət verilməlidir.
- Ölən şəxsin sosial şəbəkə hesabını kim bağlada bilər?
- Bu məsələ mərhumun şəxsi hesabının olduğu platformanın qaydalarına uyğun həll edilə bilər.
- İnsan sağlığında rəqəmsal məlumatlarının taleyini müəyyənləşdirmək, hesablarının bağlanmasını və ya məlumatlarının yaxınlarına ötürülməsini əvvəlcədən təmin etmək üçün hansı addımları ata bilər?
- Eynilə insan sağlığında istifadəçisi olduğu platformanın qaydalarına uyğun rəqəmsal məlumatlarının taleyini əvvəlcədən müəyyən edə bilər.\\yenisabah.az
23:13 / 22 Oktyabr 2026
1
23:07 / 22 Oktyabr 2026
1
23:03 / 22 Oktyabr 2026
67
22:55 / 22 Oktyabr 2026
28
22:47 / 22 Oktyabr 2026
48
22:43 / 22 Oktyabr 2026
45
22:43 / 22 Oktyabr 2026
119
22:35 / 22 Oktyabr 2026
56
22:26 / 22 Oktyabr 2026
81
22:20 / 22 Oktyabr 2026
66
22:14 / 22 Oktyabr 2026
66
22:07 / 22 Oktyabr 2026
69
22:04 / 22 Oktyabr 2026
227
21:57 / 22 Oktyabr 2026
88
21:45 / 22 Oktyabr 2026
86
21:37 / 22 Oktyabr 2026
180
21:15 / 22 Oktyabr 2026
108
20:40 / 22 Oktyabr 2026
100
20:34 / 22 Oktyabr 2026
116
20:25 / 22 Oktyabr 2026
114
20:19 / 22 Oktyabr 2026
83
19:56 / 22 Oktyabr 2026
110
19:47 / 22 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.