Qaynar xətt:

(+99450) 247 90 86

Abşeronda 122 motoxuliqan saxlanılıb 

Abşeronda 122 motoxuliqan saxlanılıb 

KRİMİNAL

82

26.06.2026, 15:52

Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.

DİN-dən Oxu24.com-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.