Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü - FOTO
16 Sentyabr 2026, 01:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
743
26.06.2026, 12:59
“Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir”.
Prezident İlham Əliyev beynəlxalq müstəvidə olduqca mühüm və aktual bir məqama toxunaraq bildirib: Dini məsələlərin siyasi ambisiyalara alət edilməsi və qlobal gündəmə bu şəkildə çıxarılması beynəlxalq münasibətlər sistemində ciddi risklər formalaşdırır. Bu cür yanaşmalar ilk növbədə sivilizasiyalararası və dinlərarası etimadı sarsıdır, cəmiyyətlər arasında qütbləşməni və ksenofobiyanı dərinləşdirir. Dinin siyasiləşdirilməsi regional münaqişələrin alovlanmasına, radikalizmin artmasına və beynəlxalq təhlükəsizlik arxitekturasının zədələnməsinə rəvac verir. Qərbin bəzi dairələrinin bu həssas mövqedən təzyiq rıçağı kimi istifadə etməsi bütövlükdə qlobal sabitliyə birbaşa təhdiddir.
Mövzunu Oxu24.com-a şərh edən siyasi şərhçi Taleh Əliyev Qərbin bu siyasətinin pərdəarxası məqamlarını və yarada biləcəyi qlobal təhlükələri şərh edib.
Ekspert qeyd edib ki, uzun illər demokratiyanın və insan hüquqlarının beşiyi hesab olunan Qərb artıq maskalanmağa lüzum görmür və yüzillərlə dünyanı hansı prinsiplərlə idarə ediblərsə, indi də həmin yanaşmaları beynəlxalq təşkilatların adı altında reallaşdırırlar.
Onun sözlərinə görə, bu dəfə proses guya demokratiyanın və azlıqların hüquqlarının müdafiəsi pərdəsi altında həyata keçirilir.
Siyasi şərhçi vurğulayıb ki, bu qərəzli yanaşmanın bariz nümunəsi məhz İslam dünyasına qarşı yürüdülən siyasətdə özünü göstərir:“Belə yanaşmalardan biri də İslam dünyasına qarşı islamofobiya, İslamla terrorizmin eyniləşdirilməsi, İslamın insan hüquqları və insan haqlarına ayqırı bir ampluada təqdim olunması siyasətidir. Bu gün biz Qərbin bir sıra dairələrində belə yanaşmaların şahidi oluruq. Bu isə bütövlükdə dünyanın özü üçün, gələcəyi üçün heç də yaxşı, sabit, təhlükəsizlik gələcək vəd etmir”.
Daha sonra T.Əliyev beynəlxalq münasibətlər sisteminin hazırkı durumuna diqqət çəkib. O bildirib ki, İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq sistem bu gün sıfırlanır və yerini qlobal xaos və qanunsuzluq qəbul edir. Bu vəziyyət isə dünyanı daha böyük bir fəlakətə sürükləyir:“Bu hal isə, heç şübhəsiz, uzun müddətdir barəsində danışılan Üçüncü Dünya Müharibəsini labüdləşdirir. Təəssüflər olsun ki, bu gün böyük dövlətlərin həyata keçirdikləri təhlükəsizlik siyasətlərinin strategiyası da yeni dünya düzəninə hesablanmış sürətlə silahlanma və yeni dünya düzəninin formalaşacağı mərhələyə daha güclü tərəf kimi çıxmaqdan ibarətdir”.
Şərhçi fikirlərini yekunlaşdırarkən Qərb dövlətlərinin "demokratiya" və "insan haqları" kimi ali dəyərlərdən əslində hansı məqsədlər üçün istifadə etdiyini ifşa edib. O, gələcəkdə ədalətin bərqərar olub-olmayacağını proqnozlaşdırmağın çətin olduğunu desə də, indiki reallığın acınacaqlı olduğunu vurğulayıb:“Amma bu gün, təəssüflər olsun ki, uzun illər demokratiyanın, insan haqlarının beşiyi, qarantiyası hesab etdiyimiz Qərb dövlətləri elə demokratiyadan da, insan hüquqlarından da bir təzyiq aləti kimi digər dövlətlərə qarşı istifadə edib, onların suverenliyinə və milli təhlükəsizliyinə təhdid aləti olaraq faydalanıblar”,-deyə şərhçi fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
05:25 / 16 Sentyabr 2026
72
05:23 / 16 Sentyabr 2026
104
05:21 / 16 Sentyabr 2026
186
01:42 / 16 Sentyabr 2026
209
00:03 / 16 Sentyabr 2026
162
23:59 / 15 Sentyabr 2026
83
23:36 / 15 Sentyabr 2026
383
23:35 / 15 Sentyabr 2026
155
23:34 / 15 Sentyabr 2026
302
23:25 / 15 Sentyabr 2026
72
23:19 / 15 Sentyabr 2026
256
23:01 / 15 Sentyabr 2026
928
23:00 / 15 Sentyabr 2026
85
22:52 / 15 Sentyabr 2026
508
22:46 / 15 Sentyabr 2026
580
22:37 / 15 Sentyabr 2026
91
22:33 / 15 Sentyabr 2026
947
22:26 / 15 Sentyabr 2026
125
22:25 / 15 Sentyabr 2026
95
22:24 / 15 Sentyabr 2026
84
22:23 / 15 Sentyabr 2026
1468
22:14 / 15 Sentyabr 2026
81
22:09 / 15 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.