Xınalıq yolunda sürüşmə olub - Video
16 Sentyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
567
26.06.2026, 17:04
26 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter aldığını məmnunluqla qeyd ediblər. Bu çərçivədə ötən ilin payızında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana dövlət səfərinin, cari ilin yanvar ayında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının, habelə may ayında İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycana səfərinin Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dinamik inkişafını nümayiş etdirdiyi vurğulanıb.
Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib.
Nazirlər cari ilin sentyabr ayında “The European House – Ambrosetti” ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Telefon danışığı zamanı həmçinin bölgədə postmünaqişə dövründə sülh gündəliyi, Yaxın Şərqdə vəziyyət və digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
00:03 / 16 Sentyabr 2026
99
23:59 / 15 Sentyabr 2026
38
23:36 / 15 Sentyabr 2026
195
23:35 / 15 Sentyabr 2026
66
23:34 / 15 Sentyabr 2026
138
23:25 / 15 Sentyabr 2026
49
23:19 / 15 Sentyabr 2026
156
23:01 / 15 Sentyabr 2026
242
23:00 / 15 Sentyabr 2026
65
22:52 / 15 Sentyabr 2026
203
22:46 / 15 Sentyabr 2026
226
22:37 / 15 Sentyabr 2026
68
22:33 / 15 Sentyabr 2026
539
22:26 / 15 Sentyabr 2026
94
22:25 / 15 Sentyabr 2026
76
22:24 / 15 Sentyabr 2026
64
22:23 / 15 Sentyabr 2026
196
22:14 / 15 Sentyabr 2026
70
22:09 / 15 Sentyabr 2026
59
22:07 / 15 Sentyabr 2026
64
21:53 / 15 Sentyabr 2026
203
21:46 / 15 Sentyabr 2026
81
21:25 / 15 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.