Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
15 Sentyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
671
26.06.2026, 15:09
Azərbaycanda pensiyaçıların və sosial müavinət alan şəxslərin hər ay qarşılaşdığı əsas məsələlərdən biri də vəsaitlərin hesaba köçürülmə tarixləridir. Paytaxt Bakı və Abşeron rayonunda yaşayan vətəndaşlar ödənişlərini adətən ayın ortasında ala bilsələr də, regionlarda bu müddət bir qədər də uzanır və ayın sonrakı tarixlərinə təsadüf edir. Lakin reallıq budur ki, əhalinin məcburi xərcləri – istər kommunal xidmətlər, rabitə və internet haqları, istərsə də bank kreditləri və ev kirayələri əksər hallarda məhz ayın ilk günlərində ödənilməlidir. Bu disbalans isə xüsusilə həssas sosial qrupların hər ay ciddi maliyyə sıxıntısı yaşamasına və planlamalarında çətinliklərlə üzləşməsinə səbəb olur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov məsələyə aydınlıq gətirib.
“Əsas məsələ qrafikə dəqiq əməl olunmasıdır"
İqtisadçı bildirib ki, pensiya və sosial müavinətlərin ödənilməsində ən vacib məqam prosesin proqnozlaşdırıla bilən şəkildə idarə olunması və qrafikə dəqiq əməl edilməsidir:“İnsanlar orta və uzunmüddətli dövrdə bütün xərclərini, o cümlədən kirayə, kredit öhdəlikləri və borclarını bu qrafikə uyğunlaşdırırlar. Əgər qrafiklərdə tez-tez dəyişiklik edilərsə, gecikmələr baş verərsə və proses proqnozlaşdırılan olmazsa, bax, o zaman əsas problem ortaya çıxır. Yox, əgər proses proqnozlaşdırıla biləndirsə, onun ayın əvvəlində, ortasında və ya axırında ödənilməsi o qədər də böyük problem yaratmır".
Qrafik necə formalaşır?
R.Həsənov qeyd edib ki, bu məsələlər qanunvericiliklə tənzimlənir və qrafikin formalaşmasında müxtəlif amillər, xüsusilə də büdcə prosesi mühüm rol oynayır:“Büdcə prosesi axan bir prosesdir. Burada bir tərəfdən gəlirlər, digər tərəfdən isə xərclər var. İl əvvəlində büdcə xərcləri təsdiqlənəndə, büdcədə bütün xərcləri eyni vaxtda idarə edəcək qədər birdəfəlik vəsait olmur. Büdcə adətən, il ərzində kəsirlə başa çatır və daxilolmalara uyğun idarə edilir. Digər ödəyicilərdən vergilər, rüsumlar və dövlətin digər mənbələrdən gəlirləri daxil olmalıdır ki, onun öhdəlikləri də icra edilsin. Bu cür qrafiklər müəyyən edilərkən, müvafiq gəlir axınının nəzərə alınması ilə prosesin planlaşdırılması əsas götürülür".
Bütün ödənişlərin ayın əvvəlində edilməsi bazara necə təsir edər?
Ekspertin sözlərinə görə, bütün sosial ödənişlərin ayın əvvəlinə keçirilməsinin iqtisadi və bazar tərəfindən də təsirləri mövcuddur:“Bütün ödənişlər ayın əvvəlində olduğu təqdirdə, həmin dövrdə bazarda ciddi bir tələb formalaşa bilər. Bu ani tələb isə süni şəkildə qiymətlərin artımına gətirib çıxara bilər. Ayın sonrakı dövrlərində isə bazarda ciddi bir durğunluq müşahidə olunar. Yəni, vəsaitlərin bu şəkildə qrafiklə bazara ötürülməsi, əslində bazarda tələbin də stabilliyinin müəyyən formada təmin olunmasına xidmət edir".
“Əvvəlki dövrlərdə oxşar problemlər yaşanıb"
Rəşad Həsənov vurğulayıb ki, əsas problem ödənişlərin məhz nəzərdə tutulan vaxtda reallaşdırılmasıdır:“Əvvəlki dövrlərdə bənzər təcrübələr oldu ki, insanlar gözlədikləri tarixlərdə ödənişləri ala bilmədilər, pensiya və ya müavinətlərin köçürülməsində gecikmələr yaşandı. Belə hallarda, təbii ki, ciddi problemlər ortaya çıxır. Bir daha qeyd edirəm ki, burada diqqət edilməli əsas məqam nəzərdə tutulan qrafiklər üzrə ödənişlərin vaxtında və tam icra olunmasıdır".
Çimnaz Telmanqızı
05:25 / 16 Sentyabr 2026
72
05:23 / 16 Sentyabr 2026
104
05:21 / 16 Sentyabr 2026
186
01:42 / 16 Sentyabr 2026
209
00:03 / 16 Sentyabr 2026
162
23:59 / 15 Sentyabr 2026
83
23:36 / 15 Sentyabr 2026
383
23:35 / 15 Sentyabr 2026
155
23:34 / 15 Sentyabr 2026
302
23:25 / 15 Sentyabr 2026
72
23:19 / 15 Sentyabr 2026
256
23:01 / 15 Sentyabr 2026
928
23:00 / 15 Sentyabr 2026
85
22:52 / 15 Sentyabr 2026
508
22:46 / 15 Sentyabr 2026
580
22:37 / 15 Sentyabr 2026
91
22:33 / 15 Sentyabr 2026
947
22:26 / 15 Sentyabr 2026
125
22:25 / 15 Sentyabr 2026
95
22:24 / 15 Sentyabr 2026
84
22:23 / 15 Sentyabr 2026
1468
22:14 / 15 Sentyabr 2026
81
22:09 / 15 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.