Qaynar xətt:

(+99450) 247 90 86

Saatlıda qətl törədən şəxs özünü güllələyərək intihar edib

2019-07/1564207670_tuf.jpg

KRİMİNAL

930

27.07.2019, 10:07

\"\" Saatlı rayonunun Bəylər kəndində güllələnmə hadisəsi qeydə alınıb.
Oxu24.com-un APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, toydan çıxan Bəylər kənd sakini, 1983-cü il təvəllüdlü Məhərrəmov Fürsət Qoca oğlu qonşusu, 1974-cü il təvəllüdlü Həsənov Mübariz Oruc oğlunu ov tüfəngi ilə qətlə yetirib. Daha sonra yaşadığı ünvanın həyətində özünü güllə ilə vuraraq öldürüb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəl olunub. Faktla bağlı araşdırma aparılır.