Ağstafada ağır qəza: 1 ölü, 1 yaralı var
26 İyul 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
589
06.05.2026, 20:58
Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib.
"Hadisədən dörd ay sonra mənə zəng etdilər. Həmin vaxt sürücü yolda sürət həddini aşdığı üçün mən ona sayrışan işıqlarla işarə verdim. Avtomobili saxlayandan sonra ona yaxınlaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirdim. O isə cavabında maşında zibil olduğunu və onu atmağa tələsdiyini deyərək üzrxahlıq etdi".
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayə yaşadığı evdə fəhlə yoldaşı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra o, meyiti avtomobillə Ağsu dolaylarına gətirərək hissələrə ayırıb. Meyitin hissələrindən ikisini dolaylardakı dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb, Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), F.Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb./Oxu.az
23:26 / 26 İyul 2026
70
22:47 / 26 İyul 2026
70
22:27 / 26 İyul 2026
75
22:06 / 26 İyul 2026
81
20:35 / 26 İyul 2026
86
20:15 / 26 İyul 2026
100
19:42 / 26 İyul 2026
84
19:09 / 26 İyul 2026
88
19:09 / 26 İyul 2026
97
18:54 / 26 İyul 2026
128
18:53 / 26 İyul 2026
132
18:05 / 26 İyul 2026
115
13:40 / 26 İyul 2026
159
13:25 / 26 İyul 2026
148
12:55 / 26 İyul 2026
227
12:35 / 26 İyul 2026
175
12:30 / 26 İyul 2026
330
12:23 / 26 İyul 2026
1221
12:15 / 26 İyul 2026
155
12:00 / 26 İyul 2026
125
11:35 / 26 İyul 2026
842
11:30 / 26 İyul 2026
162
11:21 / 26 İyul 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.