Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbə silahlı hücum- Şagirdlər girov götürüldü - Bu ölkədə

Məktəbə silahlı hücum- Şagirdlər girov götürüldü - Bu ölkədə

KRİMİNAL

211

14.04.2026, 13:29

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda yerləşən liseydə silahlı insident olub.

Oxu24.com xəbər verir ki, Hasan Çələbi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində bir şagirdin silahlı hücum həyata keçirdiyi iddia olunub.

Məktəbə daxil olan hücumçunun təsadüfi atəş açdığı və 7 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, əraziyə dərhal təcili yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Məktəb daxilində olan şəxsin bəzi şagirdləri girov götürdüyü də irəli sürülüb.

Təhlükəsizlik qüvvələrinin məktəbdəki şagirdlərin böyük hissəsini təxliyə etdiyi bildirilib.

Bölgədə hücumçunun zərərsizləşdirilməsi üçün əməliyyatların davam etdiyi qeyd olunub. News24.az