Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb
12 Noyabr 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
569
14.04.2026, 17:45
Qarabağın zəngin su mənbələrindən Bakının içməli su təminatında istifadə edilməsi planlaşdırılır
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə edilməsi planlaşdırılır. Mütəxəssislər bildirirlər ki, regionun su resursları həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük potensiala malikdir və görülən ekoloji bərpa işləri bu imkanları daha da genişləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan ekoloq İlqar Xəlilov bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarının ekoloji vəziyyəti əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb.
Onun sözlərinə görə, işğal dövründə nəzarətsiz istifadə və çirklənmə səbəbindən çayların ekoloji durumu qənaətbəxş olmasa da, hazırda vəziyyət müsbət istiqamətdə dəyişir:
“Hazırda həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində su ehtiyatlarının qorunması və təmizlənməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə tullantı və çirkab sularının təmizlənməsi üçün müasir qurğuların qurulması, yaşıllaşdırma layihələrinin həyata keçirilməsi və ‘ağıllı şəhər’ konsepsiyalarının tətbiqi su mənbələrinin ekoloji vəziyyətinə müsbət təsir göstərir”.
Ekoloq əlavə edib ki, Qarabağda formalaşan əsas çayların suyu artıq kommunal-məişət istifadəsi üçün yararlı hesab olunur və gələcəkdə bu resurslardan Bakının içməli su təminatında istifadə edilməsi real görünür.
Çimnaz Telmanqızı
12:40 / 12 Noyabr 2026
8
12:25 / 12 Noyabr 2026
57
12:05 / 12 Noyabr 2026
76
11:55 / 12 Noyabr 2026
81
11:50 / 12 Noyabr 2026
86
11:36 / 12 Noyabr 2026
78
11:35 / 12 Noyabr 2026
89
11:34 / 12 Noyabr 2026
122
11:31 / 12 Noyabr 2026
87
11:24 / 12 Noyabr 2026
344
11:21 / 12 Noyabr 2026
84
11:19 / 12 Noyabr 2026
168
11:05 / 12 Noyabr 2026
90
11:00 / 12 Noyabr 2026
95
10:45 / 12 Noyabr 2026
110
10:39 / 12 Noyabr 2026
117
10:36 / 12 Noyabr 2026
101
10:27 / 12 Noyabr 2026
291
10:20 / 12 Noyabr 2026
106
10:18 / 12 Noyabr 2026
96
10:05 / 12 Noyabr 2026
253
09:51 / 12 Noyabr 2026
114
09:48 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.