Su Polisi əməliyyat keçirib
13 İyun 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2947
10.04.2026, 16:34
Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan Vüsal Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə Vüsal Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əli-zadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
“Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Əli-zadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, “Mercedes Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.
Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Fotoda Vüsal Şilder
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.
Qətlinin sifarişində təqsirləndirilən Xəyal Məzahir oğlu Əlizadə beynəlxalq axtarışa verilib.
00:10 / 15 İyun 2026
72
23:59 / 14 İyun 2026
88
23:49 / 14 İyun 2026
75
23:42 / 14 İyun 2026
880
23:40 / 14 İyun 2026
83
23:40 / 14 İyun 2026
118
23:29 / 14 İyun 2026
372
23:27 / 14 İyun 2026
77
22:57 / 14 İyun 2026
74
22:22 / 14 İyun 2026
79
21:59 / 14 İyun 2026
87
21:45 / 14 İyun 2026
105
21:05 / 14 İyun 2026
126
20:48 / 14 İyun 2026
95
20:42 / 14 İyun 2026
139
19:53 / 14 İyun 2026
99
19:40 / 14 İyun 2026
119
18:50 / 14 İyun 2026
127
18:44 / 14 İyun 2026
89
18:37 / 14 İyun 2026
126
18:31 / 14 İyun 2026
139
18:21 / 14 İyun 2026
129
11:30 / 14 İyun 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.