Camal Bağırzadə HƏBS EDİLDİ
13 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
687
05.03.2026, 23:44
Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M. Xurşudov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.
Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının şəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Nərimanov RPİ-də şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M. Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.
"Vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər", - məlumatda bildirilib.
16:00 / 13 Noyabr 2026
1
15:42 / 13 Noyabr 2026
151
15:37 / 13 Noyabr 2026
56
15:30 / 13 Noyabr 2026
58
15:01 / 13 Noyabr 2026
72
14:59 / 13 Noyabr 2026
177
14:50 / 13 Noyabr 2026
86
14:46 / 13 Noyabr 2026
82
14:33 / 13 Noyabr 2026
90
14:24 / 13 Noyabr 2026
461
14:17 / 13 Noyabr 2026
397
14:12 / 13 Noyabr 2026
90
14:05 / 13 Noyabr 2026
166
14:00 / 13 Noyabr 2026
93
13:43 / 13 Noyabr 2026
187
13:41 / 13 Noyabr 2026
92
13:20 / 13 Noyabr 2026
90
13:05 / 13 Noyabr 2026
204
12:57 / 13 Noyabr 2026
152
12:45 / 13 Noyabr 2026
140
12:32 / 13 Noyabr 2026
172
12:20 / 13 Noyabr 2026
116
12:17 / 13 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.