DİN əməliyyat keçirib:Həbs olunanlar var
06 Oktyabr 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1630
03.12.2025, 07:53
Əli Kərimlinin həbsi ilə bağlı aparılan istintaq prosesinin kökləri 2012-ci ilə gedib çıxır və bu müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çoxsaylı tanınmış şəxslərin ifadələrinin alındığı bildirilir.
İstintaqın diqqət mərkəzində həmin illərdə fəaliyyət göstərmiş ictimai-siyasi təşəbbüslər, xüsusilə 2009-cu ildə yaradılan Ziyalılar Forumu və 2013-cü ildə elan olunan Milli Şuranın fəaliyyəti dayanır.
Məlumatlara görə, o dövrün ictimai proseslərində yer alan müxtəlif ziyalılar və siyasi xadimlər də istintaqa cəlb olunub və bu qurumların yaranması, fəaliyyəti, eləcə də həmin çağın siyasi prosesləri ilə bağlı suallarla üzləşiblər. Hadisələrin məhz həmin tarixdən araşdırılmağa başlanması, həmçinin bu qurumlarda təmsil olunmuş şəxslərin ifadələrinin toplanması istintaqın yönəldiyi istiqamət barədə müəyyən təsəvvür formalaşdırır.
Maraqlıdır, istintaq işə niyə o dövrdən başlayıb? Əli Kərimli ilə üzləşmə aparılıbmı?
Globalinfo.az-a danışan tanınmış jurnalist, Ziyalılar Formunun üzvi olmuş Elçin Şıxlı qurumda olan şəxslərdən kimin dindirilməsi barədə məlumatsız olduğunu bildirib:
“Konkret deyə bilmərəm ki, filan adam dindirilib və ya üzləşmə olub. Ziyalılar Formunda Əli Kərimlinin rolu olmayıb, elə də önəmli fiqur deyildi. Əsas önəmli şəxs Rüstəm İbrahimbəyov idi. Onu da Ramiz Mehdiyev məhv etdi. Adama iş görməyə imkan vermədi, bütün yollarını bağladı. Məsələn, Milli Şuranın sədri olaraq Rüstəm bəy ölkədə yeni işlər görmək istəyirdi. Buna görə dövlətdən pul istəmirdi, əksinə, ölkəyə xeyir vermiş olacaqdı. Lakin Ramiz Mehdiyev bütün yollarını bağladı”.
“Onu da deyim ki, Ramiz Mehdiyev atamın işdən çıxarılmasına, mənim qəzetimin bağlanmasına səbəb oldu. Onun istəyi əsasında bunlar baş verdi”.
Qeyd edək ki, Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun əsas yaradıcıları yazıçı-dramaturq Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazov olub. Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq olub. Formun üzvləri isə Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Cəmil Həsənli, Rafiq Əliyev, Eldar Namazov, Gültəkin Hacıbəyli, Çingiz Hüseynov, Cavanşir Quliyev, Musa Yaqub, Eldəniz Quliyev, Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli, Ramiz Abutalıbov, Arzu Abdullayeva, Zəfər Quliyev, Erkin Qədirli olub.
14:34 / 06 Oktyabr 2026
28
14:24 / 06 Oktyabr 2026
49
14:18 / 06 Oktyabr 2026
6161
14:14 / 06 Oktyabr 2026
45
14:10 / 06 Oktyabr 2026
60
14:05 / 06 Oktyabr 2026
60
14:01 / 06 Oktyabr 2026
59
13:58 / 06 Oktyabr 2026
59
13:55 / 06 Oktyabr 2026
62
13:50 / 06 Oktyabr 2026
158
13:31 / 06 Oktyabr 2026
680
13:15 / 06 Oktyabr 2026
91
13:10 / 06 Oktyabr 2026
70
12:59 / 06 Oktyabr 2026
272
12:49 / 06 Oktyabr 2026
238
12:47 / 06 Oktyabr 2026
159
12:43 / 06 Oktyabr 2026
89
12:32 / 06 Oktyabr 2026
148
12:29 / 06 Oktyabr 2026
111
12:25 / 06 Oktyabr 2026
698
12:22 / 06 Oktyabr 2026
86
12:20 / 06 Oktyabr 2026
101
12:15 / 06 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.