Azərbaycanda güclü partlayış: Ölən var
15 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2244
01.12.2025, 19:06
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəminə çevrilib.
Vaxtilə “boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib.
Oxu24.com-un məlumatına görə, bu barədə “haqqin.az” saytında dərc edilən məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də onun qohumu kimi təqdim edilir.
General Ramiz Mehdiyevin “qohumu” kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir.
Hətta bəzi iddialara görə, Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri açıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.
2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Həmin dövr ölkədə Ramiz Mehdiyevin ətrafında artan qalmaqallar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyindən onun istefasına gətirib çıxaran ictimai təzyiqlərlə yadda qaldı. Qərb gömrüyü isə Azərbaycan-Gürcüstan sərhədindəki ticarət və tranzit axınlarına nəzarət edən ən vacib strukturlardan biridir.
Lakin bu vəzifə uzun sürmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndirirdilər.
Təlman Mehdiyev barədə mediada daha bir diqqətçəkən iddia onun “EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq külə dönmüş bu obyektin arxasında generalın dayandığı iddia edilsə də, o, öz açıqlamalarında bu məlumatları qəti şəkildə təkzib etmişdi.
Son günlər isə Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.