Tanınmış təhsil eksperti Kamran Əsədova cinayət işi açılıb
12 Dekabr 2025, 19:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1692
18.11.2025, 11:59
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib.
Oxu24.com xəbər verir ki,bu barədə Musavat.com-a daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır.
İş üzrə iddiaçı Fidan Abbasova sayta məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib.
Sabunçu Məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir.
Xatırladaq ki, bu, Orxan İsmayılzadə barədə ilk belə qərar deyil. Bundan əvvəl də çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması Sabunçu Rayon Polis İdarəsinə həvalə olunmuşdu.
O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınması idi. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər aliment ödəməkdən yayınır, məhkəmələrin təyin etdiyi atalıq testindən keçməkdən də 7 dəfə yayınıb.
Sabunçu, Xətai, Apellyasiya Məhkəmələrinin qərarlarına əsasən, Orxan İsmayılzadə bioloji atalıq testindən keçməlidir. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, Fidan Abbasovanın onun qızı kimi təqdim etdiyi Nil Abbasovanın atasıdır və ya deyil.
Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi atalıq testindən keçməkdən qərəzli şəkildə yayınıb.
Belə olan halda qanun deyir ki, ekspertizadan - atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri qızına ayda cəmi 500 manat aliment ödəməkdən imtina edir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında onun əmlakına da həbs qoyulub. Artıq yeni məhkəmə qərarı var Orxan İsmayılzadə axtarışdadır. Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.
Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir. Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:
Həmçinin oxuyun
Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə.
Bakıda 2 bina – 16 mərtəbəli yaşayış binaları. “Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.
Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.
Ağsu parkında aptek və restoran – yeznəsinin adına.
Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr...
Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur. Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilib.
Milyonların varsa, dövlət adından çıxarılan qərarı icra etməyə bilərsən?
Bu sual təkcə Orxan İsmayılzadəyə yox, Azərbaycan cəmiyyətinə verilməlidir. Əgər aliment ödəməyən, məhkəmə qərarlarına əməl etməyən, dövlətin hüquqi prosedurlarını saya almayan biri cəzasız qalırsa, bu, artıq şəxsi yox, ictimai problemdir. Bir uşaq atasını tanımadan böyüyür. Babasının sərvəti milyonları aşır. Uşağa isə ayda 500 manat ödəmək İsmayılzadəyə çox görünür.
Görəsən, Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov olmasaydı, o, bu şəkildə aliment ödəməkdən yayına bilərdi?
00:28 / 13 Dekabr 2025
23
00:14 / 13 Dekabr 2025
264
00:01 / 13 Dekabr 2025
166
23:20 / 12 Dekabr 2025
101
23:12 / 12 Dekabr 2025
33
22:41 / 12 Dekabr 2025
2152
22:05 / 12 Dekabr 2025
62
21:58 / 12 Dekabr 2025
133
21:45 / 12 Dekabr 2025
61
19:31 / 12 Dekabr 2025
753
19:20 / 12 Dekabr 2025
1838
19:04 / 12 Dekabr 2025
938
19:02 / 12 Dekabr 2025
116
17:40 / 12 Dekabr 2025
1241
17:29 / 12 Dekabr 2025
79
17:11 / 12 Dekabr 2025
1227
16:38 / 12 Dekabr 2025
1211
16:35 / 12 Dekabr 2025
173
16:30 / 12 Dekabr 2025
137
16:29 / 12 Dekabr 2025
90
15:18 / 12 Dekabr 2025
428
15:12 / 12 Dekabr 2025
102
14:51 / 12 Dekabr 2025
169
14:50 / 12 Dekabr 2025
168
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.