Küçədə həyatına son qoyulan Fatimənin - Fotosu
07 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1482
17.11.2025, 15:03
Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.
Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İlqar Məhərrəmov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.
İlqar Məhərrəmov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Zaur Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.
Fotoda: Zaur Əliyev
İcra başçısının müavini isə qeyd edib ki, İlqar Məhərrəmova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.
Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məhərrəmov 6 sutkalıq həbs edilib.
Fotoda: İlqar Məhərrəmov
20:30 / 07 Oktyabr 2026
3
20:27 / 07 Oktyabr 2026
18
20:02 / 07 Oktyabr 2026
498
19:54 / 07 Oktyabr 2026
74
19:50 / 07 Oktyabr 2026
64
19:40 / 07 Oktyabr 2026
52
19:35 / 07 Oktyabr 2026
150
19:33 / 07 Oktyabr 2026
63
19:17 / 07 Oktyabr 2026
276
19:14 / 07 Oktyabr 2026
113
19:02 / 07 Oktyabr 2026
90
18:09 / 07 Oktyabr 2026
88
18:07 / 07 Oktyabr 2026
77
17:57 / 07 Oktyabr 2026
68
17:55 / 07 Oktyabr 2026
90
17:45 / 07 Oktyabr 2026
73
17:40 / 07 Oktyabr 2026
95
17:22 / 07 Oktyabr 2026
1250
17:20 / 07 Oktyabr 2026
258
17:18 / 07 Oktyabr 2026
96
17:14 / 07 Oktyabr 2026
118
17:07 / 07 Oktyabr 2026
83
17:02 / 07 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.