Təqaüdçülərin pulunu talayan şəxs saxlanıldı
07 Avqust 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
586
15.11.2025, 18:53
“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
23:50 / 07 Avqust 2026
9
23:23 / 07 Avqust 2026
52
22:53 / 07 Avqust 2026
57
22:42 / 07 Avqust 2026
59
21:57 / 07 Avqust 2026
137
21:29 / 07 Avqust 2026
190
20:56 / 07 Avqust 2026
85
20:41 / 07 Avqust 2026
87
20:05 / 07 Avqust 2026
104
19:55 / 07 Avqust 2026
180
19:35 / 07 Avqust 2026
124
19:12 / 07 Avqust 2026
107
18:59 / 07 Avqust 2026
627
18:55 / 07 Avqust 2026
91
18:48 / 07 Avqust 2026
428
18:43 / 07 Avqust 2026
104
18:15 / 07 Avqust 2026
96
17:59 / 07 Avqust 2026
89
17:37 / 07 Avqust 2026
129
17:35 / 07 Avqust 2026
121
17:15 / 07 Avqust 2026
116
16:59 / 07 Avqust 2026
98
16:45 / 07 Avqust 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.