Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
07 Oktyabr 2026, 21:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
639
14.11.2025, 16:16
Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən (AQTA) birgə əməliyyat keçirilib, 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədi ilə birgə tədbirlər davam etdirilir.
Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb.
Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar.
Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.