Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
07 Oktyabr 2026, 21:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1049
13.11.2025, 16:14
Baş Prokurorluq 9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsinin müəyyən olunması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
"Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir", Baş Prokurorluqdan bildirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti də hadisə barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, PX-nin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində uzun illər bağlı qalmış cinayətin üstü açılıb.
2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın əvvəllər məhkum olunmuş Elnur Nizami oğlu Eynullayev tərəfindən qətlə yetirilməsi məlum olub.
X.Xəlilovanın meyiti Göytəpə qəsəbəsində istifadəsiz tikilidə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:54 / 07 Oktyabr 2026
38
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.