Onların işi məhkəməyə göndərildi
08 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
646
10.11.2025, 15:45
İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, İmişli sakini, Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb.
Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sancısı ilə xəstəxanaya aparılıb:
"Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq, həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burada gözləməyin və gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, yoldaşım xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq, ana və bətnindəki uşaq öldü".
11:35
İmişlidə doğuş zamanı ölən qadının ölüm səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 9-u saat 16:30-da 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.
Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib", - məlumatda qeyd olunub.
10:57 / 08 Oktyabr 2026
8
10:55 / 08 Oktyabr 2026
24
10:52 / 08 Oktyabr 2026
31
10:50 / 08 Oktyabr 2026
31
10:42 / 08 Oktyabr 2026
185
10:32 / 08 Oktyabr 2026
44
10:30 / 08 Oktyabr 2026
46
10:24 / 08 Oktyabr 2026
38
10:20 / 08 Oktyabr 2026
47
10:16 / 08 Oktyabr 2026
51
09:48 / 08 Oktyabr 2026
79
09:40 / 08 Oktyabr 2026
65
09:39 / 08 Oktyabr 2026
58
09:38 / 08 Oktyabr 2026
66
09:35 / 08 Oktyabr 2026
70
09:30 / 08 Oktyabr 2026
71
09:22 / 08 Oktyabr 2026
67
23:50 / 07 Oktyabr 2026
183
23:23 / 07 Oktyabr 2026
203
23:20 / 07 Oktyabr 2026
177
23:19 / 07 Oktyabr 2026
203
23:09 / 07 Oktyabr 2026
197
22:54 / 07 Oktyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.