DİN açıqlama yaydı
08 Avqust 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
725
09.11.2025, 12:10
Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində Culfa rayon sakini, 8 aylıq hamilə Gülcan Allahverdiyevanın ölümünə səbəb olan Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayevanın məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki,Teleqraf-ın məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirli bilinib və onun azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.
Bundan başqa, 58 yaşlı mama-ginekoloq 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaqdan, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Ekspertiza rəyinə görə, Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət ümumilikdə qüsurlu olub. Hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd olunan dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. O da bəlli olub ki, çağırışa getmiş tibbi briqadasının tərkibində ixtisaslı həkim olmayıb. Ambulansda defibrilyator (şok-red) cihazının olmaması da məhkəmədə təsdiqlənib.
Bundan başqa, hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilib. Bununla əlaqədar hamiləyə daha geniş müayinələr aparılması lazım olsa da, həkim məsələyə səhlənkar yanaşıb.
Qeyd edək ki, Z.Ağayeva səhlənkarlıq edərək G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərib, hamiləyə antenatal xidməti tam həcmdə aparmayıb, nəticədə, o, "Hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı”ndan ölüb.
Bundan başqa, Z.Ağayeva məhkəmədə "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın tələblərinə riayət etmədiyi üçün xəstəxanaya müraciət edən başqa bir hamilə qadının da uşağının ölümündə təqsirli bilinib.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.