“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”
08 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
5758
08.11.2025, 19:26
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.
Oxu24.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.
Son günlərdə məşhur tikinti materialları bazarı "Eurohome"un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.
Rafiq Ocaqverdiyev bir müddət əvvəl "Eurohome"un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə "Eurohome"da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.
O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.
Rafiq Ocaqverdiyev saytın əməkdaşı ilə söhbətində bildirib ki, müraciətini göndərdikdən bir neçə gün sonra Baş Prokurorluqdan ona zəng edilib və müraciətin araşdırılacağı bildirilib: "Mən inanıram ki, araşdırma müsbət yekunlaşacaq. Başqa cür olması da mümkün deyil. Mənə ziyan dəyib. Dövlət səviyyəsində Azay Möhnətovdan zərər çəkən icarədarlara kompensasiya ödənilməsi tələb edilib. Azay Möhnətov isə hay-küy düşməsin deyə, bizi müxtəlif vədlərlə aldadıb".
Sahibkarın sözlərinə görə, Azay Möhnətovun açıq-aşkar qanun pozuntusuna yol verməsi təsadüfi deyil: "Eurohome" Ticarət Mərkəzi Ramiz Mehdiyevin nəzarətindədir. Onun kürəkəni İlham Əliyevin uzun illər Ramiz Mehdiyevin dəstəyi ilə bazara himayədarlıq etdiyi bildirilir. Hətta mən bilən, Ramiz Mehdiyevin kürəkəni ilə Azay Möhnətovun Rusiyada şərikli biznesi də var. Yəni, Azay Möhnətov bu adamlara güvənərək bizi acınacaqlı duruma salıb. Amma artıq Mehdiyevlərin dövranı deyil. O, cinayət məsuliyyətinə cəlb edilib. İnanıram ki, bundan sonra Azay Möhnətovla da bağlı araşdırmalar başlanacaq və bizim də hüquqlarımız bərpa olunacaq".
Rafiq Ocaqverdiyevin iddiaları ilə bağlı Azay Möhnətovun mövqeyini öyrənmək mümkün olmayıb.
Mediada yayılan məlumatlara görə, "Eurohome"un əsl sahibi Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevdir. Bildirilir ki, o, Ramiz Mehdiyevin əmisi oğludur.
16:03 / 08 Oktyabr 2026
49
15:55 / 08 Oktyabr 2026
40
15:32 / 08 Oktyabr 2026
630
15:30 / 08 Oktyabr 2026
514
15:16 / 08 Oktyabr 2026
91
15:15 / 08 Oktyabr 2026
57
15:10 / 08 Oktyabr 2026
47
15:00 / 08 Oktyabr 2026
91
14:54 / 08 Oktyabr 2026
330
14:46 / 08 Oktyabr 2026
59
14:43 / 08 Oktyabr 2026
69
14:40 / 08 Oktyabr 2026
76
14:15 / 08 Oktyabr 2026
82
14:05 / 08 Oktyabr 2026
78
14:00 / 08 Oktyabr 2026
68
13:55 / 08 Oktyabr 2026
72
13:47 / 08 Oktyabr 2026
8603
13:34 / 08 Oktyabr 2026
95
13:29 / 08 Oktyabr 2026
187
13:26 / 08 Oktyabr 2026
82
13:25 / 08 Oktyabr 2026
89
13:20 / 08 Oktyabr 2026
74
13:14 / 08 Oktyabr 2026
272
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.