DİN açıqlama yaydı
08 Avqust 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2301
07.11.2025, 15:39
Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilir.
Bu il iki icra hakimiyyətinin başçısı oxşar əməllərə görə tutulub. Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayon icra başçısı İslam Rzayev tutularaq Bakıya gətiriliblər və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirir ki, Azərbaycanda icra hakimiyyətlərinə qarşı korrupsiya və vəzifə pozuntuları ilə bağlı aparılan yoxlamalar bundan sonra da davam etdiriləcək.
DTX ilə yanaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi da icra hakimiyyətlərində yoxlamalar aparır. Son analoji əməliyyat Qaradağ Rayon İcra Hakimiyyətində baş tutub. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə vəzifəli şəxs torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan rüşvət almaqda şübhəli bilinir.
Görünən budur ki, artıq ira hakimiyyətlərinə diqqət artırılıb. Onlar xüsusi nəzarət altına alınıb və hər bir hərəkətləri, gəlir və xərcləri diqqətlə izlənilir.
Oxu24.com xəbər verir ki, Modern.az-a danışan Milli Məclisin üzvü Hikmət Məmmədov qeyd edib ki, dövlət idarəetməsində qanun pozuntularının baş verməsi ehtimal olunan haldır.
Lakin hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, bu kimi hallar baş verərsə, qanuni tədbir görsün. Dövlət də bu cür davranır. Hansısa məmurun və yaxud icra hakimiyyətinin başçısının cəzalandırılması cəmiyyətdə normal qarşılanmalıdır:
“Çox yaxşı haldır ki bu cür addımlar cəmiyyətdə təqdirlə qarşılanır. Ona görə də mənə elə gəlir ki, bunu sensasiya kimi yox, adi qayda kimi başa düşməliyik. Çünki nəzarət mexanizmi, yoxlama və əməliyyatlar daim olacaqdır”.
H.Məmmədov qeyd edib ki, nəzarətin gücləndirilməsi müxtəlif üsullarla mümkündür ancaq icra hakimiyyətinə nəzarəti heç bir halda qanunverici orqanla əlaqələndirmək olmaz: “Milli Məclis hakimiyyətin müstəqil qanadı olaraq qanunverici orqandır, nəzarətedici funksiyası yoxdur. Nəzarət funksiyası icra qanadının özündə mövcuddur. Məhkəmə hakimiyyəti də öz növbəsində prosesdə qanuni və həlledici vəzifəsini daşıyır”.
Deputatın sözlərinə görə prosesdə cəzalandırmadan daha çox ibrət hadisəsi var. Məqsəd kiməsə cəza vermək yox, qanunauyğun davranışların sərgiləməsinə təşviq etmədir. Nəticə çıxartmayanın məsuliyyəti öz üzərinə düşür.
MM üzvü vurğulayıb ki, qanun ictimai münasibətlərin hər bir detalını tənzimləyə bilməz. Bu, qadağa və vəzifələr sistemidir. Qanundan kənar məqbul davranışlar isə bizim azadlığımızıdır. Davranışlarımızın hamısının yazı ilə tənzimlənməsi mümkün deyil: “Fasiləsiz olaraq Milli Məclisdə qanunların qəbul edilməsi ictimai münasibət və iş strukturlarında yaranmış və ya yaranmaq ehtimalı olan boşluqların aradan qaldırılmasna yönəlib. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar da yaxın təyinatlıdır.
Xatırladaq ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə tutulanlar arasında İmişlinin sabiq başçısı Vilyam Hacıyev, Biləsuvarın keçmiş rəhbəri Mahir Quliyev, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Cəlilabadın keçmiş başçısı Namiq Zeynalov, Şəmkirin sabiq rəhbəri Alimpaşa Məmmədov, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın keçmiş başçısı Qoca Səmədov və Kürdəmirin sabiq rəhbəri Ceyhun Cəfərov yer alır. Onların bəziləri artıq cəzalarını başa vuraraq azadlığa çıxıb.
Ekspertlər hesab edirlər ki, korrupsiya və vəzifə pozuntularına qarşı əməliyyatlar fasiləsiz şəkildə davam etdiriləcək. Bu həbslər digər icra başçıları üçün də ciddi xəbərdarlıq siqnalıdır, nəzarət mexanizmi artıq daimi xarakter alıb və qanunu pozan heç kim məsuliyyətdən yayınmayacaq.
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.