Ucarda yaşayış binası yandı - Fotolar
23 May 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1244
04.11.2025, 22:38
Son günlər mediada yayılan bir foto müzakirələrə səbəb olub. Şəkil Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədovla Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin salamlaşdığı səhnəni əks etdirir. Bir az arxada isə PA ictimai-siyasi şöbənin sabiq müdiri Əli Həsənov var. Bu fotonun tədbirdən çəkildiyi bəllidir.
İddialara görə, bu foto AMİP-in 5 illik yubileyində çəkilib. İctimaiyyətdə sual yaranır ki, həmin vaxt Müsavat və AXCP-nin yubiley tədbirlərinə hakimiyyət nümayəndələri iştirak etmədiyi halda, nədən AMİP-ə bu cür yüksək diqqət göstərilib?
Globalinfo.az-a danışan AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Ramiz Mehdiyev və Etibar Məmmədovun şəkili 1997-ci ildə AMİP-in 5 illik yubileyində çəkilib:
“O dövrdə protokol qaydası belə idi ki, hökumət nümayəndələri mütləq tədbirlərdə iştirak etməli idilər. AMİP isə ölkənin əsas aparıcı müxalifət partiyası sayılırdı. Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə Ramiz Mehdiyev hökuməti təmsil edərək partiyanın yubileyini təbrik etmək üçün tədbirə qatılmışdı. Həmin vaxt hazırkı Prezident İlham Əliyev də SOCAR-ın birinci vitse-prezidenti kimi tədbirdə iştirak etmişdi”.
AMİP-ə göstərilən diqqətin səbəbini izah edən Arzuxan Əlizadə qeyd edib ki, o dövrdə AMİP əsas müxalifət partiyası olaraq parlamentdə təmsil olunurdu:
“Digər partiyaların tədbirlərinə hökumət nümayəndələrinin qatılıb-qatılmaması barədə məlumatım yoxdur. Lakin bu, protokol qaydalarına uyğundur. Məsələn, AMİP-in 30 illik yubileyində də Yeni Azərbaycan Partiyasından partiya sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib. Digər partiyalar da tədbirə dəvət olunmuşdular”.
A.Əlizadə həmçinin qeyd edib ki, AMİP 2001-ci ildə Binəqədidəki böyük qərargahından məhrum edildikdən sonra yeni qərargahla təmin olunmamışdı, halbuki digər partiyaların qərargahları mövcud idi:
“AMİP 2000-2024-cü illər ərzində parlamentdə təmsil olunmasa da, AXCP və Müsavatın nümayəndələri parlamentdə iştirak edirdilər. Milli İstiqlal Partiyasının Ramiz Mehdiyev ilə yaxın münasibətdə olması barədə heç bir fakt yoxdur. Lakin bəzi digər siyasi qurumlara pərdəarxası münasibətlərin mövcud olduğu da sirr deyil”.
19:09 / 23 May 2026
24
19:02 / 23 May 2026
26
18:39 / 23 May 2026
46
18:35 / 23 May 2026
269
18:33 / 23 May 2026
53
18:27 / 23 May 2026
52
18:23 / 23 May 2026
44
18:09 / 23 May 2026
74
18:00 / 23 May 2026
56
17:46 / 23 May 2026
74
17:43 / 23 May 2026
237
14:55 / 23 May 2026
666
14:53 / 23 May 2026
226
14:51 / 23 May 2026
231
11:44 / 23 May 2026
108
11:41 / 23 May 2026
131
11:40 / 23 May 2026
102
10:08 / 23 May 2026
184
01:03 / 23 May 2026
279
00:16 / 23 May 2026
586
00:09 / 23 May 2026
545
00:06 / 23 May 2026
280
00:04 / 23 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.