Xəyalə Kərimova SAXLANILIB
10 Mart 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
592
04.11.2025, 19:50
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə həbs ediləndən sonra onun yaxın adamlarından hesab olunan Eldar Əmirov da saxlanılıb.
Teleqraf-ın araşdırması nəticəsində “Boz kardinal”ın köməkçisi kimi bilən Eldar Əmirovla bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.
Əvvəlcə, qısa arayış olaraq bildirək ki, Əmirov Eldar Qurban oğlu 1985-ci ildə Bakıda anadan olub. O, 2007-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə isə Kiyev Kadrlar İdarə Edilməsi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.
Eldar Əmirov 2015-cı ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Onun dissertasiyanın mövzusu “Azərbaycan xalqının siyasi antropologiyası” olub.
Eldar Əmirov 2017-ci ilin noyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Auditoriya proqramı çərçivəsində “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirəyə də qatılıb.
O, mühazirədə Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi kimi iştirak edib. Eldar Əmirov mühazirədə siyasət arenasında müasir vəziyyətin inkişaf təmayülləri və problemlərinə toxunub. Azərbaycanda siyasi antropologiyanın inkişaf perspektivləri, eyni zamanda Rusiya və Türkiyə təcrübəsində bu məsələlərin diqqətlə öyrənilməsindən bəhs edib.
Tədbirdə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin də iştirak edib.
Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olan Eldar Əmirov daha sonra şefi ilə birlikdə AMEA-ya gəlib. Hamıya bəlli olduğu kimi, o, Ramiz Mehdiyevin dönəmində AMEA prezidenti katibliyinin rəisi vəzifəsində çalışıb.
Həmçinin oxuyun
Maraqlıdır ki, Eldar Əmirovun AMEA-nın “Elm və həyat” jurnalında çap olunan məqalənin mövzusu da Rusiya ilə bağlı olub. Siyasi elmlər üzrə fəlsəfə doktorunun jurnalın 2021-ci ildə işıq üzü görən ikinci sayında “Rusiyanın dövlətçilik tarixində mütləqiyyət ənənəsinin mənşəyi problemi və rus tarixşünaslığında ona baxış” sərlövhəli məqalə ilə çıxış edib.
Eldar Əmirovun siyasi məqalələri daha əvvəl isə “Geostrategiya” jurnalında çap olunub. O, bu jurnalda ADU-nun Rusşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi kimi çıxış edib. Jurnalın baş redaktoru isə hər kəsin tanıdığı addır – Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov!
Eldar Əmirovun Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnalda çap olunan yazılarından biri dekabrın 2-si 2019-cu ilə təsadüf edir.
Bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, 2019-cu ilin 30 aprelində ADU-da Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib. Tədbirdə Ramiz Mehdiyevin adından qonaqları Eldar Əmirov salamlayıb. Bu isə Ramiz Mehdiyevin Prezident Administrasiyası rəhbəri vəzifəsindən azad olunmasından 6 ay əvvələ təsadüf edir. Ramiz Mehdiyevin kitab təqdimatı Eldar Əmirova həvalə etməsi, tədbirdə daha nüfuzlu şəxslər olmasına baxmayaraq, iştirakçılarını onun adından salamlaması və qeyd olunan tarix tərəflərin işbirliyinin daha öncəyə təsadüf etdiyini isbatlayır. Bu, eyni zamanda Ramiz Mehdiyevin kitablarının məhz Eldar Əmirov tərəfindən yazılması iddialarını da qüvvətləndirir.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyevin işi ilə bağlı məsuliyyətə cəlb edilən E.Əmirov 3 il öncə də polisin qanuni əmrinə tabesizlik göstərdiyi 30 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.
16:52 / 10 Mart 2026
1
16:40 / 10 Mart 2026
238
16:38 / 10 Mart 2026
24
16:37 / 10 Mart 2026
24
16:14 / 10 Mart 2026
46
15:55 / 10 Mart 2026
57
15:50 / 10 Mart 2026
48
15:44 / 10 Mart 2026
52
15:32 / 10 Mart 2026
114
15:30 / 10 Mart 2026
59
15:18 / 10 Mart 2026
176
15:07 / 10 Mart 2026
48
14:36 / 10 Mart 2026
295
14:25 / 10 Mart 2026
94
14:11 / 10 Mart 2026
86
14:02 / 10 Mart 2026
73
13:59 / 10 Mart 2026
62
13:43 / 10 Mart 2026
59
13:37 / 10 Mart 2026
62
13:33 / 10 Mart 2026
361
13:22 / 10 Mart 2026
516
13:14 / 10 Mart 2026
585
13:06 / 10 Mart 2026
2151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.