Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1090
03.11.2025, 14:19
Xəbər verdiyimiz ki, Səbail Rayon Məhkəməsi AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bakupost.az xəbər verir ki, bu, siyasi elmlər üzrə fəlsəfə doktoru olan Eldar Əmirovla bağlı ilk həbs qərarı deyil.
Belə ki, 2022-ci ildə Mehdiyev AMEA prezidentliyindən getdikdən bir gün sonra - fevralın 15-də də E.Əmirov Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılmışdı.
O zaman Yasamal rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarmışdı.
Onu da qeyd edək ki, E.Əmirov hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxtlarda onun köməkçisi vəzifəsində işləyirdi. Daha sonra sabıq PA rəhbəri 2019-cu ildə AMEA prezidenti təyin olundu və köməkçisini də özü ilə apardı. E.Əmirov Mehdiyev AMEA rəhbərliyindən gedənədək, AMEA Prezidenti katibliyinin rəisi vəzifəsində çalışırdı. Hətta o zaman mətbuatda gedən xəbərlərdə Ramiz Mehdiyevin işə çıxmadığı günlədə Eldar Əmirovun AMEA-ya de-fakto rəhbərlik etdiyi, öz yaxın dostalarını akademiyada vəzifəyə təyin etditdiyi, eləcə də bir sıra qanunsuzluqlara yol verdiyi qeyd olunurdu.
Qeyd edək ki, onun Ramiz Mehdiyevin həyat yoldaşının qohumu olduğu bildirilirdi. Lakin sonradan AMEA-nın mətbuat xidməti bunu təkzib etdi. Bildirildi ki Eldar Əmirovun əslən qarabağlıdır, Ağdam şəhərindəndir.
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.