"Torqovı"da turisti qarət etdilər
25 İyul 2026, 21:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1836
14.10.2025, 22:30
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində DTX tərəfindən cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 278, 274 və 193-cü maddələri ilə ittiham edilir.
Bəs,bu maddələrdə nədən bəhs olunur?
Oxu24.com xəbər verir ki, sözügedən maddələr olduqca ağır ittihamları özündə əks etdirir.
Cinayət Məcəlləsinin 278-ci maddəsində - hakimiyyəti zorakılıqla ələ keçirmə və ya saxlama, konstitusiya quruluşunu zorakılıqla dəyişdirmədən bəhs edilir. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi –on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər maddə 274-cü maddədir.
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
193-cü maddə yalançı sahibkarlıqdan bəhs olunur.
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə —cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Miri Məcidli
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.