Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
10 Oktyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1746
13.10.2025, 16:14
Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir. Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər.
Oxu24.com Yenisabah-a istinadən xəbər verir ki, hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur (Dağlı). Tanınmış söz sənətçisi 2022-ci ilin 9 noyabr tarixində şəxsi mübahisə zəminində Bakının Qaradağ rayonunda qonşusu İskəndər Mehtiyevi ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirmişdi. Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 9 il 6 ay azadlıqdan məhrum edilib.
"Əfvetmə haqqında Əsasnamə"yə əsasən əfv sərəncamı bir qayda olaraq, məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər:
8.2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
8.3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
8.4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
8.5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Qanunvericilikdə də öz əksini tapdığı kimi, meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən az 1/2-ni çəkməlidir. Hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötüb. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq.
00:17 / 11 Oktyabr 2026
1
00:11 / 11 Oktyabr 2026
21
00:06 / 11 Oktyabr 2026
56
23:34 / 10 Oktyabr 2026
202
23:24 / 10 Oktyabr 2026
71
23:24 / 10 Oktyabr 2026
79
23:11 / 10 Oktyabr 2026
72
22:55 / 10 Oktyabr 2026
65
22:49 / 10 Oktyabr 2026
105
22:39 / 10 Oktyabr 2026
72
22:35 / 10 Oktyabr 2026
126
22:28 / 10 Oktyabr 2026
73
22:06 / 10 Oktyabr 2026
83
21:36 / 10 Oktyabr 2026
1974
21:20 / 10 Oktyabr 2026
451
21:10 / 10 Oktyabr 2026
98
21:02 / 10 Oktyabr 2026
170
20:50 / 10 Oktyabr 2026
116
20:37 / 10 Oktyabr 2026
85
20:26 / 10 Oktyabr 2026
127
20:04 / 10 Oktyabr 2026
133
19:53 / 10 Oktyabr 2026
206
19:42 / 10 Oktyabr 2026
440
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.