Qaynar xətt:

(+99450) 247 90 86

Elza Seyidcahan  Bakı Ağır Cinayətlər Məhkəməsində  ifadə verib 

Elza Seyidcahan  Bakı Ağır Cinayətlər Məhkəməsində  ifadə verib 

KRİMİNAL

1150

29.09.2025, 14:55

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.

Həmçinin o, investor cəlb etmək məqsədi ilə saxta sənədlər hazırlayıb, onlar öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıb. Onların qızılları müqabilində pul verib, vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı ala bilməyib. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurub.

İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər onlara qarşı sürülən ittiham üzrə özlərini təqsirli bilməyib.

Məhkəmə onlara bildirib ki, cinayət işi təqsirli bilinərlərsə, onları 10 ildən 14 ilədək məhkumluq həyatı gözləyir.

Zərərçəkmiş şəxs Xəyal Abdullayeva 561 min manat dəyərində mülki iddia irəli sürülüb.

Lakin dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə mülki iddianı geri qaytarıb. Rüsum ödənilməsi ilə proses ona izah edilib.

Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınan 85 yaşlı Narxanım Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxslərə qızılı özü verib:

“Mən onlara qızıl verdim, bir köhnə qızıl saat, iki üzük idi. Onlara dedim ki, qaçmayacaqsız? Onlar da mənə dedi ki, “yox, qaçmayacağıq, tez yeriycəyik”. Qızıl müqabilində onlar mənə 3500 manat pul verdi. Mən pulu vaxtında və çox qaytarırdım. Lakin məndən gecikmə adı ilə 20 manat da əlavə aldılar. Qızılı sabah gəlib götürməyimi dedilər. Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar”.

Daha sonra bəstəkar, Əməkdar artist Elza Seyidcahan (Qasımova) ifadə verib.

O, bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib və ora onu anası aparıb:

“Anam əvvəllər də lombarddan kredit götürüb. Bəzi problemlərimiz var idi. Biz bununla bağlı televizaya da müraciət etmişdik. Ona görə lombarda müraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə 3 ayı keçdi. Mən də məcbur qaldım polisə müraciət etdim. Gördüm ki, tək zərərçəkən mən deyiləm. Mənə ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək”.

Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş şəxslər arasında əməkdar artist, bəstəkar Elza Seyidacahan (Qasımova), “Cümhuriyət” və “Cebhe.info”-nun redaktoru Elnarə Kərimova da var.

Təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.(apa)

SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib

20:39 / 08 Sentyabr 2026

DÜNYA DÜNYA

SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib

72

0
Azərbaycanda Baş nazir hansı halda həbs oluna bilər? - Detallar

20:25 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Azərbaycanda Baş nazir hansı halda həbs oluna bilər? - Detallar

183

0
Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

20:23 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

56

0
İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

20:20 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

57

0
Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

20:10 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

72

0
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

20:05 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

61

0
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

20:03 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

70

0
Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

18:50 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

76

0
Azərbaycanda istirahət mərkəzində FACİƏ-ÖLƏNLƏR VAR 

18:44 / 08 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda istirahət mərkəzində FACİƏ-ÖLƏNLƏR VAR 

752

1
Sentyabrda pensiya gözləyənlərə xəbər var

18:22 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sentyabrda pensiya gözləyənlərə xəbər var

988

0
Parkinson xəstəliyini illər əvvəl bir damcı göz yaşı ilə müəyyən etmək mümkündür?   

18:16 / 08 Sentyabr 2026

TİBB TİBB

Parkinson xəstəliyini illər əvvəl bir damcı göz yaşı ilə müəyyən etmək mümkündür?   

82

0
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

18:15 / 08 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

109

0