Azərbaycanda musiqiçi həyatını itirdi
12 Oktyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1077
26.09.2025, 15:18
Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Abşeron Prokurorluğundan məlumat verilib.
Belə ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib.
Emin Ramazanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
01:20 / 12 Oktyabr 2026
467
01:15 / 12 Oktyabr 2026
96
00:50 / 12 Oktyabr 2026
99
00:40 / 12 Oktyabr 2026
1147
00:40 / 12 Oktyabr 2026
104
00:38 / 12 Oktyabr 2026
168
00:36 / 12 Oktyabr 2026
130
00:35 / 12 Oktyabr 2026
139
00:17 / 12 Oktyabr 2026
414
23:55 / 11 Oktyabr 2026
116
23:50 / 11 Oktyabr 2026
793
23:43 / 11 Oktyabr 2026
88
23:37 / 11 Oktyabr 2026
85
23:30 / 11 Oktyabr 2026
1692
23:21 / 11 Oktyabr 2026
206
23:09 / 11 Oktyabr 2026
532
23:02 / 11 Oktyabr 2026
130
22:49 / 11 Oktyabr 2026
637
22:46 / 11 Oktyabr 2026
136
22:28 / 11 Oktyabr 2026
1933
22:25 / 11 Oktyabr 2026
182
22:22 / 11 Oktyabr 2026
804
22:19 / 11 Oktyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.