Gədəbəydə yol qəzasında qadın ölüb, oğlu xəsarət alıb
14 Oktyabr 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
649
26.09.2025, 13:05
Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu24.com-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onların barələrində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Zərərçəkən Aysel Abdullayevanın və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Belə ki, məhkəmə Aysel Abdullayevə dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.
Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.
Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
10:49 / 14 Oktyabr 2026
28
10:42 / 14 Oktyabr 2026
34
10:42 / 14 Oktyabr 2026
63
10:36 / 14 Oktyabr 2026
536
10:33 / 14 Oktyabr 2026
41
10:28 / 14 Oktyabr 2026
52
10:27 / 14 Oktyabr 2026
54
10:21 / 14 Oktyabr 2026
47
10:14 / 14 Oktyabr 2026
63
10:04 / 14 Oktyabr 2026
60
09:57 / 14 Oktyabr 2026
75
09:56 / 14 Oktyabr 2026
654
09:52 / 14 Oktyabr 2026
66
09:49 / 14 Oktyabr 2026
59
09:48 / 14 Oktyabr 2026
85
09:42 / 14 Oktyabr 2026
63
09:38 / 14 Oktyabr 2026
77
09:36 / 14 Oktyabr 2026
69
09:15 / 14 Oktyabr 2026
1071
09:12 / 14 Oktyabr 2026
230
09:10 / 14 Oktyabr 2026
79
09:04 / 14 Oktyabr 2026
63
09:00 / 14 Oktyabr 2026
259
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.