Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14212
az

Bakıda dəhşətli hadisə:It insanların gözü qarşısında uşağın üzünü parçaladı

09:4705 İyun, 2019
668
KRİMİNAL
  • A
 
Mayın 31-də Novxanıda “Diana” restoranında 6 yaşlı uşağı it dişləyib. Bu barədə azyaşlının valideyni “Qafqazinfo”ya bildirib.

Onun sözlərinə görə, hadisə ofisiantların gözü önündə baş versə də, müdaxilə edən olmayıb. 

“Uşağın əlində çörək olub, ona görə it üstünə cumub. Gömrük Xəstəxanasında üzünə tikiş qoyuldu, 1 saylı Şəhər Kliniki Xəstəxanasında (“Semaşko”) vaksin vurdurduq”. 

Uşağın valideyninin sözlərinə görə, məsələ ilə bağlı həm restoran rəhbərliyi, həm də müraciət etdiyi qurumlar onun şikayətinə əhəmiyyət vermir: “Kamera görüntülərini istədim. Anar adlı şəxs dedi ki, hara istəyirsiniz şikayət edin, bizdə kamera yoxdur. 102-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurdum. Polis də, icra da deyir onlar cavabdehlik daşımır. Beş gün əvvəl də Sumqayıtda oğlan uşağını it dişləyib və uşaq ölüb. Biz hazırda Yasamalda 5 nömrəli poliklinikada qeydiyyatdayıq. İkinci quduzluq əleyhinə vaksin vurdurmuşuq”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxmuş şəxsin    son     durumu
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO