Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14196
az

Bacısına görə kollecdən çıxıb fəhlə işləyən faciəvi şəkildə öldü

18:5104 İyun, 2019
621
KRİMİNAL
  • A
Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Oxu24.com” un verdiyi xəbərə görə, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.

Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.

İyunun 21-də 18 yaşı tamam olacaq Vüqarın adına iyunun 23-ü tarixinə hərbi xidmətə çağırış kağızı gəlibmiş.

Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB