Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14183
az

Bacısına görə kollecdən çıxıb fəhlə işləyirdi - Faciəvi şəkildə öldü

14:4604 İyun, 2019
619
KRİMİNAL
  • A
 
Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.

Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.

İyunun 21-də 18 yaşı tamam olacaq Vüqarın adına iyunun 23-ü tarixinə hərbi xidmətə çağırış kağızı gəlibmiş.

Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi