Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxslər həbs edildi

Azərbaycanda vəzifəli şəxslər həbs edildi

KRİMİNAL

944

03.06.2019, 19:34

\"\" \"Xudafərin\" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid  Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Oxu24.com ONA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Məmmədov və R.Quluzadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub. Digər şəxslərə isə şərti cəza verilib.
Qeyd edək ki, \"Xudafərin\" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onların barəsində həbs-qətimkan tədbiri seçilməyib. Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər. Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təqsirli bilmədiklərini deyiblər. Xatırladaq ki, \"Xudafərin\" MMC \"AMAY Abdulla\" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.