Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan Azərbaycana silah keçirilməsinin qarşısı alınıb

2019-06/1559559231_275cf4f8f79ea00.jpg

KRİMİNAL

593

03.06.2019, 14:53

\"\"  Gömrük postunda avtomobildə silah aşkar olunub.
Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən  oxu24.com-a verilən xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin \"Qırmızı Körpü\" gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi \"Toyota Camry\" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib. Faktla bağlı araşdırma aparılır.