Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14112
az

Bakıda kuryoz olay: Coraba narkotiki hopdurub həbsxanaya keçirmək istədi

10:4603 İyun, 2019
575
KRİMİNAL
  • A
 
Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən Oxu24.com-a verilən xəbərə görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Mustafayev Fərid Fərhad oğluna qardaşı Ağsu şəhər sakini Mustafayev Fuad Fərhad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman soğanın içərisində gizlədilmiş 1 ədəd şəffaf selofan bükülüdə 0,183 qram limon duzu və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,595 qram narkotik maddə “Heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş şəxs Derakhshansaghezchi Hamdollah Mashiatollahın qardaşı İran İslam Respublikasının Astara şəhər sakini Derakhshan Mearaj Mashiatollah tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki cüt qara rəngli coraba hopdurulmuş 1,899 qram narkotik maddə “Tiryək” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda skuterin GPS-i oğurlandı