Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadın kirayə götürdüyü maşınla qəzaya düşdü

Bakıda qadın kirayə götürdüyü maşınla qəzaya düşdü

KRİMİNAL

1155

03.06.2019, 10:08

  Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com ONA -az-a istinadən  xəbər verir ki, Zərifə Əliyeva küçəsində "Kia" markalı avtomobili idarə edən xanım sürücü işıqforun qırmızı işığında hərəkətinə davam edib.
Bu zaman onun avtomobili A.Bakıxanov küçəsi ilə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Kia" yol kənarındakı səkiyə dəyib. Qəza nəticəsində "Kia" sürücüsü və bir sərnişin xəsarət alıb. "BMW"-nin sürücüsü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.