Qaynar xətt:

(+99450) 247 90 86

Aliment borcuna görə qəbirdə gizləndi

2019-06/1559484836_2019-06-02_105233.jpg

KRİMİNAL

1018

02.06.2019, 18:13

\"\" Həyat yoldaşından ayrılan hər kişi uşaqlara görə aliment ödəyə bilmir. Məsələn, Həştərxanda ata aliment borcuna görə qəbirdə gizlənib. Oxu24.com xəbər verir ki, o, məhkəmə icra məmurlarından gizlənməyin başqa yolunu görməyib. Borcu 200 min rublu (3 min dollar) keçəndən sonra qeybə çəkilib. İcra məmurları onu qeydiyyatda olduğu ünvanda çox gözləyiblər, gözə görünməyib. Kişini tapmaq üçün iş yerinə yolanıblar. Onu işlədiyi qəbiristanlıqda tapıblar. Amma uzanmış halda. İcra məmurlarını görən borclu qazılmış qəbir yerlərindən birinə girərək, gözlərini yumub. Amma adı, soyadı, atasının adı dəqiq söyləniləndən sonra oradan çıxıb.
Kişi canını borcu ödəməklə qurtara bilməyəcək. Çünki əvvəllər də bu məsuliyyətdən yayınıbmış. Haqqında cinayət işi açılacaq.