Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın güllələnib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, qadının oğlu təcili yardım çağırıb, həkimlər hadisə yerinə gələndə qadın artıq dünyasını dəyişib.
Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsi və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu gəlib və cinayət işi başlanıb.
İlkin məlumata görə, təcili tibbi yardım çağıran zaman oğlu xəbər verib ki, anasını atası güllələyib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR